Ölkədə iyulda gündəlik neft hasilatı 778 min barrel olubbackend

Ölkədə iyulda gündəlik neft hasilatı 778 min barrel olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika Nazirliyindən İnterpress.az-a bildirilib ki, gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar – iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.

Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

İnterpress.az