Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Monrealda yeni diaspor təşkilatı yaradılıb

Kanadanın Kvebek əyalətinin Monreal (Montreal) şəhərində yeni diaspor təşkilatı – “Monreal Kanada-Azərbaycan Cəmiyyəti” (The Azerbaijani Society of Canada in Montreal) yaradılıb.

Dərc edilib: 14 avqust 2019 [10:24]
Baxış sayı: 2680

İnterpress.az xəbər verir ki, Monrealda yaşayan həmvətənlərimizi öz sıralarında birləşdirən bu təşkilat artıq Kanada qanunlarına uyğun olaraq rəsmi qeydiyyatdan keçib. Yeni təşkilatın yaradılmasında məqsəd Kvebek əyalətinin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycan mədəniyyətini və tarixini, milli-mənəvi dəyərlərimizi yerli əhali arasında təbliğ və təşviq etmək, onların diqqətini ölkəmizin keçdiyi yola və inkişafına cəlb etməkdir.

Soydaşlarımızın qərarı ilə təşkilatın təsisçisi Rəna Müslümova həm də onun ilk sədri seçilib. Qeyd edək ki, R.Müslümova uzun illərdir milli adət-ənənələrimizin Kanadada keçirilən müxtəlif tədbir və festivallarında təbliğilə məşğul olur.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179