Şəmkir və Lənkəranın bir neçə kənd və yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıbbackend

Şəmkir və Lənkəranın bir neçə kənd və yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB-dən İnterpress.az-a bildirilib ki, avqustun 14-də səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

Bu müddətdə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək. Eyni zamanda, bu gün saat 10:00-dan 18:00-dək Lənkəranın qazpaylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

İnterpress.az