Naxçıvanda artilleriya və minaatan bölmələri yoxlanılıbbackend

Naxçıvanda artilleriya və minaatan bölmələri yoxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, yoxlama zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.

Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra olunub. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkarlanmış hədəfləri məhv ediblər.

Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

İnterpress.az