Avropa Türk Konfederasiyası Azərbaycanda qurban kəsdi – FOTOLARbackend

Avropa Türk Konfederasiyası Azərbaycanda qurban kəsdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hər il olduğu kimi, bu il də öz bayram sevinclərini Azərbaycandakı bacı və qardaşları ilə bölüşmək üçün Bakıya təşrif buyuran federasiya nümayəndələri beş min ailəyə Qurban payı göndəriblər və hər birini bayram münasibətilə təbrik ediblər.

Avropa Türk Konfederasiyası Başkanının müavini Sedat Kartın bildirib ki, onlar hər il Azərbaycanın Bakı, Şamaxı, Tərtər, Gəncə, Sumqayıt və digər bölgələrində o cümlədən Gürcüstanın müxtəlif bölgələrində yaşayan Azərbaycan türkləri üçün də qurbanlar kəsəirlər: \”Biz yalnız canımız Azərbaycan və Gürcüstanın Borçalı ərazisində qurban kəsdirmirik. Bununla yanaşı, Kosova, Makedoniya, Krım, Qırğızıstan və Türkiyədə özəlliklə bu il qurban kəsimini daha da çoxaltmışıq. Suriyadan, İraqdan, Şərqi Türküstandan qaçqın düşmüş bütün türk qardaş və bacılarımız üçün və eləcə də, hər il olduğu kimi, şəhid ailələrimiz üçün də qurbanlıqlar göndəririk. Uca Tanrı Qurban vəkalətlərini bizlərə təslim edən, bizə bu vəzifəni layiq görən və Azərbaycanda bu işdə bizə yardımçı olan Türk dünyasının dəyərli aydını Tənzilə Rüstəmxanlı başda olmaqla bütün könüldaşlarımızdan razı olsun. Dualarını və qurbanlarını dərgahında qəbul buyursun\”.

Qeyd edək ki, Avropa Türk Konfederasiyası 10 ildən çoxdur ki, hər il Qurban bayramı günlərində bayram sevincini paylaşmaq üçün Azərbaycana xüsusi bir heyət göndərir.

Avropa Türk Konfederasiyası Azərbaycanda qurban kəsdi - FOTOLAR

İnterpress.az