Dövlət Sərhəd Xidmətinin Akademiyasında yaradıcılıq müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi olubbackend

Dövlət Sərhəd Xidmətinin Akademiyasında yaradıcılıq müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DSX-nin mətbuat mərkəzindən İnterpress.az-a bildiriblər ki, ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində bədii ədəbiyyat, qəzet məqaləsi, təsviri sənət, mahnı, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə yaradıcılıq müsabiqələri, həmçinin orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqələrdə 1000 nəfərdən çox yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 30 şeir, 35 hekayə, 39 qəzet məqaləsi, 132 inşa yazısı, 21 mahnı və 136 rəsm və dekorativ-tətbiqi sənət əsəri müsabiqənin finalına buraxılıb, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyənləşdirilib.

Avqustun 13-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Təhsil Nazirliyinin, Mətbuat Şurasının, Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş yaradıcılıq müsabiqələrinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qabaqcıl və firavan ölkələrindən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı, onların intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən qayğı göstərildiyi, sərhədçilərin fədakar xidmətlərinin təbliğində, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqələrin çox böyük əhəmiyyət kəsb etməsini xüsusi vurğulayıblar.

Mərasimdə müsabiqələrin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub. Müsabiqəyə təqdim olunmuş təsviri sənət nümunələri nümayiş etdirilib.

İnterpress.az