Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə bu günədək 28 nəfər uğur qazanıbbackend

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə bu günədək 28 nəfər uğur qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 14-ü saat 11:40-a olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 28-i müxtəlif vəzifələrə uyğun bilinib.

DİM-dən İnterpress.az-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

İnterpress.az