Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Naxçıvan Döyüş Şöhrəti Muzeyinə yeni eksponatlar verilib

Muxtar respublikada ən çox ziyarət edilən məkanlardan biri olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.

Dərc edilib: 14 avqust 2019 [17:07]
Baxış sayı: 6492

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan muzeydə bu gün 36 adda silah, texnika və qurğu mövcuddur. Hazırda burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüşdə istifadə olunmuş haubitsa, top və minaatanlar, “S-75”, “S-125”, “S-200” zenit raket kompleksləri, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, “SU-17” və “MİQ-21” döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 189