Saatlıda bağlardan 472 tondan çox ərik yığılıbbackend

Saatlıda bağlardan 472 tondan çox ərik yığılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, rayon Statistika İdarəsinin rəisi Seyfəddin Soltanov bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən yeddi ayı ərzində rayonda mövcud olan 2 min 501 hektar meyvə bağının 1037 hektarından 2 min 682,9 ton meyvə toplayıblar. Yığılmış məhsulun 218,5 tonunu alma, 121,7 tonunu armud, 472,6 tonunu ərik, 319,8 tonunu albalı, 397 tonunu gavalı, 691,7 tonunu alça, 159,6 tonunu gilas, 159 tonunu şaftalı, 285,7 tonunu isə digər meyvələr təşkil edib.

Tədarük olunan əriyin demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd, Şirinbəyli kəndlərinin, alçanın isə yarıdan çoxu Dədə Qorqud, Əhmədbəyli və Əlisoltanlı kəndlərindəki meyvə sahələrindən yığılıb. (azərtac)

İnterpress.az