KXDR Cənubi Koreyanı öz ərazisində ABŞ raketləri yerləşdirməməyə çağırırbackend

KXDR Cənubi Koreyanı öz ərazisində ABŞ raketləri yerləşdirməməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. “Cənubi Koreya ərazisində yeni silahlar, o cümlədən Amerikanın THAAD raketdən müdafiə kompleksləri yerləşdirmək planları regionda gərginliyin artmasına, həmçinin yeni soyuq müharibənin başlanmasına və növbəti silahlanma yarışına gətirib çıxara bilər”, – agentliyin materialında belə deyilir.

Qeyd olunur ki, Cənubi Koreya öz planlarına yenidən baxmalı və düşünməlidir ki, “kor-koranə itaətə görə yüksək hesab ödəməli olacaq”. Əgər Seul orta mənzilli THAAD raketləri yerləşdirilməsinə razılıq versə, Cənubi Koreya KXDR-ə nüvə zərbəsi endirmək üçün meydana çevriləcək.

France-Press agentliyi avqustun 3-də ABŞ müdafiə naziri Mark Esperin Asiyada orta mənzilli yerüstü raketlər yerləşdirilməsi planını dəstəklədiyi barədə xəbər yaymışdı. Çox keçmədən – avqustun 10-da KXDR 400 kilometr məsafə qət edən yaxın mənzilli iki ballistik raket buraxılışını həyata keçirib. Bu, son iki həftədə Cənubi Koreya hərbçiləri tərəfindən keçirilən sayca beşinci raket sınağıdır.

İnterpress.az