“Azərenerji” “Mingəçevir” SES-də təmir-bərpa işləri aparırbackend

“Azərenerji” “Mingəçevir” SES-də təmir-bərpa işləri aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən İnterpress.az-a bildirilib ki, 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir və bərpa işləri aparılmasına ehtiyac yaranıb. Bu səbəbdən 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidroaqreqatda təmir-bərpa işlərinə start verilib və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır. Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqustun sonunda tamamlanacaq və ardınca digər 3 hidroaqreqatda da analoji işlər həyata keçiriləcək. Bugünədək “Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransformator quraşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksəkgərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransformator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.

Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kilovoltluq hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni zamanda, onun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etməklə, Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətini artırmaq mümkün olub.

“Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq və bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla “itirilmiş” güc bərpa olunacaq.

İnterpress.az