Pakistan BMT-yə təcili olaraq Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə bağlı məktub göndəribbackend

Pakistan BMT-yə təcili olaraq Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə bağlı məktub göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məktubda çağırılacaq iclasda Pakistan nümayəndəsinin iştirakı da xahiş olunur.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Pakistanın Baş naziri İmran Xan Hindistanın bu təşəbbüsünə cavab olaraq Cammu və Kəşmir problemi ilə əlaqədar Hindistan tərəfinə hüquqi, siyasi və diplomatik cavab verilməsi üçün xüsusi komitənin yaradılmasını qərara alıb.

İnterpress.az