Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilirbackend

Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ordubad şəhərində tikilən yaşayış binası 8 mərtəbədən ibarət olacaq. Hazırda inşaat işləri davam etdirilir. Binanın zirzəmisində xidmət sahələri yaradılacaq, bərbərxana, gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Binanın həyətində də abadlıq işləri görülür.

Şahbuz şəhərində inşa olunan altımərtəbəli yaşayış binasında isə əsas tikinti işləri yekunlaşıb. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetr olacaq. Binanın zirzəmisində xidmət mərkəzi, bərbərxana, gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları yerləşəcək.

Dövlət vəsaiti ilə tikilən binalardakı mənzillər gənc ailələrə münasib qiymətə təklif edilir.

İnterpress.az