Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edirbackend

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peşə Təhsili üzrə Dövlət Agentliyindən İnterpress.az-a bildirilib ki, indiyədək 6400-dən artıq müraciət qeydə alınıb. Ərizə verənlər aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi ixtisaslarına üstünlük veriblər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Ərizələrin qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində elektron qaydada davam edəcək.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

İnterpress.az