İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmirbackend

İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az tibbi saytlara istinadən xəbər verir ki, ispanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Lakin bişiriləndən sonra ən geci 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qalanda ispanaqlı yeməyin tərkibindəki bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə ehtimalını azaldır.

Məşhur Şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu \”bitkilərin şahı\” və \”mədənin süpürgəsi\” adlandırıb. Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd daşları, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əziyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.

İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir. (azərtac)

İnterpress.az