Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıbbackend

Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən İnterpress.az-a bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində “Yellow label” və 800 ədəd üzərində “Purple wave” yazıları olan “Heets” markalı elektron siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az