Qazaxda tikilən “Venzana” yeni mebel fabriki ilin sonunadək fəaliyyətə başlayacaqbackend

Qazaxda tikilən “Venzana” yeni mebel fabriki ilin sonunadək fəaliyyətə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnerpress.az xəbər verir ki, 2000-ci ildən Qazax rayonunda fəaliyyət göstərən və 400 nəfərin işlədiyi fabrik qərb bölgəsinin ən böyük rəqabətqabiliyyətli müəssisələrindən biridir.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, müəssisə bu illər ərzində öz istehsalını genişləndirib, həmçinin 2500-ə yaxın yeni iş yerinin açılması məqsədilə bir neçə yeni istehsal fabrikinin də tikintisinə başlayıb.

Yeni fabrik bu ilin sonunadək fəaliyyətə başlayacaq. Fabrikin istehsal etdiyi mebellərin 2020-ci ilin ilk rübündən başlayaraq Avropaya ixracı planlaşdırılır.

Görülən işlər barədə məlumat verən \”Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev bildirib ki, yeni inşa edilən fabrik fəaliyyətə başladıqdan sonra idxaldan asılılıq azalacaq, əlavə vəsait xərclənməsinin qarşısı alınacaq, daxili bazar güclənəcək, ən əsası isə əhalinin məşğulluğu təmin ediləcək.

İnerpress.az