Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblarbackend

Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Güləş Federasiyasından İnterpress.az-a verilən məlumata görə, güləşçilərimiz mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.

İnterpress.az