Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xaçmazda köməksiz vəziyyətdə tapılan qadının yaxınları axtarılır

Xaçmaz rayonunda köməksiz vəziyyətdə tapılan qadının yaxınları axtarılır.

Dərc edilib: 15 avqust 2019 [17:36]
Baxış sayı: 5292

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan İnterpress.az-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan qadına rast gəliblər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Xaçmaz Rayon Polis Şöbəsinə gətiriblər.

Tapılan şəxsin boyu 170 santimetrdir, arıq bədən quruluşlu və qısa ağ saçlıdır, gözlərinin rəngi qəhvəyidir. Özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur. Əlaqə telefonları: (023) 325-53-56; (051) 843-02-02.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179