Futbol üzrə birincilikdə növbəti turun oyunları başa çatıbbackend

Futbol üzrə birincilikdə növbəti turun oyunları başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dövrə sistemi ilə keçirilən oyunlarda Naxçıvan şəhəri üzrə Qaraxanbəyli və Tumbul kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 7:5 hesablı qələbəsi ilə başa çatıb.

Şərur rayonu üzrə keçirilən görüşlərdə isə Muğancıq kənd komandası Müslüm kənd komandasını (6:1), Siyaqut kənd komandası Maxta kənd komandasını (4:2), Düdəngə kənd komandası Dizə kənd komandasını (6:2) məğlub edib.

Babək rayonu üzrə keçirilən görüşdə Kültəpə kənd komandası Cəhri kənd komandasından güclü olub – 5:2. Culfa rayonunda iki oyun keçirilib. Belə ki, Camaldın – Kırna və Xanəgah – Əlincə görüşlərində birincilər qələbəni bayram ediblər – 3:1 və 8:7.

Ordubad rayonunda Kələntərdizə və Sabirkənd kənd komandaları qarşılaşıb və görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 3:0. Sədərək rayonu üzrə keçirilən oyunda Kərki kənd komandası Qaraağac kənd komandasından güclü olub – 4:1.

Kəngərli rayonu üzrə keçirilən görüşdə azarkeşlər 9 qola şahidlik ediblər: Şahtaxtı – Xok 5:4.

Şahbuz rayonunda isə Kükü kənd komandası Badamlı kənd komandasını (4:1), Gömür kənd komandası Kolanı kənd komandasını (4:0) məğlub etməyi bacarıb.

İnterpress.az