Yaponiyalı alim Azərbaycanın Neolit dövrünə aid obsidian alətlərini tədqiq edirbackend

Yaponiyalı alim Azərbaycanın Neolit dövrünə aid obsidian alətlərini tədqiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstitutdan İnterpress.az-a bildiriblər ki, tədqiqatın əsas məqsədi Azərbaycan ərazisində Neolit dövrünə aid daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində Neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsidir.

Tədqiqata əsasən Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib.

Xatırladaq ki, F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqat aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olub.

İnterpress.az