“Zirvə-Astara” komandası basketbol üzrə 2019-cu il dünya turundakı çıxışını davam etdirirbackend

“Zirvə-Astara” komandası basketbol üzrə 2019-cu il dünya turundakı çıxışını davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışırlar. \”Zirvə-Astara\”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayırlar.

Komandamız \”Atupri 3×3 Swiss Tour Final Zurich\” və \”Ghetto Basket Quest Stop\” turnirlərindən sonra avqustun 11-də Belarusun paytaxtı Minskdə keçirilən \”Palova Round 3\” yarışında iştirak edib.

\”Zirvə-Astara\” A qrupunda yer alıb. Burada ilk matçında \”Prinçı Nuri\” komandasına 22:14 hesabı ilə qalib gələn komandamız, ikinci matçda \”Ostroveç Rosatom\”a 14:21 hesabı ilə məğlub olub və qrupda ikinci olub.

Komandamız səkkizdəbir finalda \”Vesyolıye Ruçeyki\”yə 21:6, dörddəbir finalda isə \”Briks\”ə 21:19 hesabı ilə qalib gəlib. Turniri əsas heyət oyunçusu Marşal Mozessiz keçirən \”Zirvə Astara\” yarımfinalda \”Mr.Magic\”ə 14:21 hesabı ilə məğlub olub və yarışı 4-cü yerdə bitirib.

İnterpress.az