Məlumat Hesablama Mərkəzinin əməkdaşı bilyard üzrə dünya ikincisi olubbackend

Məlumat Hesablama Mərkəzinin əməkdaşı bilyard üzrə dünya ikincisi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a bildirilib ki, Qırğızıstanın Çolpon-Ata şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 107 idmançı iştirak edib. Hər görüşün müddəti 1 saat 20 dəqiqə olan yarışda 86 kişi, 21 qadın idmançı mübarizə aparıb.

Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız Əziz Madaminov adlı bilyard ustasını məğlub edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Semen Zayçevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.

Qeyd edək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub. Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.

İnterpress.az