“Şair Vaqif” gəmisi Ukraynada təmir olunubbackend

“Şair Vaqif” gəmisi Ukraynada təmir olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ASCO-dan İnterpress.az-a verilən məlumata görə, 3 iyul-12 avqust tarixlərində həyata keçirən işlər çərçivəsində gəminin avar-sükan kompleksi, baş mühərrikləri, separatorları, o cümlədən yanacaq, radionaviqasiya və xilasetmə sistemləri təmir edilib.

Bundan əlavə, gəminin bütün avtomatlaşdırılmış idarə sistemlərinin təmiri istiqamətində də ciddi işlər görülüb. Belə ki, F-3000 yanğın siqnalizasiyası, SDS-48 tüstü siqnalizasiyası, SEMCO lokal yanğınsöndürmə sistemi, qəza dizel generatoru və separatorlarının təmiri də həyata keçirilib. Gəmi təmirdən sonra yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Şair Vaqif” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

İnterpress.az