Putin: Kiyev dinc tənzimləmə istəmirbackend

Putin: Kiyev dinc tənzimləmə istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Öncədən hüquq-mühafizə orqanları, sonra təhlükəsizlik xidmətini və ordunu istifadə ediblər\”, Vladimir Putin Sankt Peterburq şəhərindəki \”Qornı\” Universitetinin tələbələri ilə görüşərkən deyib.

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Ukrayna ordusu ölkənin milli maraqlarına xidmət etmək əvəzinə Rusiyanın geosiyasi saxlanması məqsədinə nail olmağa çalışan \”NATO legionudur\”.

Vladimir Putin deyib ki, Ukrayna ordusunda \”qismən silahlı qüvvələrin rəsmi birləşmələri\” olsa da Donbasda vuruşanlar \”əhəmiyyətli dərəcədə\” könüllü \”millətçi batalyonlar\”dan ibarətdir.

Rusiya prezidentinin bəyanatından əvvəl Ukrayna Donetsk və Luhansk bölgələrində fövqəladə vəziyyət elan edib.

Bununla yanaşı Vladimir Putin prezidenti deyib ki, çağırış yaşında olan Ukrayna vətəndaşlarının Rusiyada qalma müddəti uzadıla bilər.

Mariupolun atəşə tutulması Almaniya tərəfindən sülh danışıqlarının pozulması kimi dəyərləndirilib.

Bazar ertəsi Rusiyanın xarici işlər naziri Kiyevi Ukraynanın şərqindəki sülh prosesini pozmaqda ittiham edərək deyib ki, Ukrayna hakimiyyətinin addımları dinc əhali arasında yeni itkilərə aparır.

\”Biz sülh prosesini pozmaq cəhdlərini, problemin həlli üçün cənub-şərqin zor gücü ilə yatırılmasına yönələn Kiyev rəhbərliyinin təkrar cəhdlərini görürük\”, Sergey Lavrov İsrailin xarici işlər naziri Aviqdor Libermanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Sergey Lavrovun bəyanatı şənbə günü 30 nəfərin ölümü ilə nəticələnmiş Ukraynanın Mariupol şəhərinin atəşə tutulmasına Moskvanın ilk reaksiyası olub.
Almaniya kansleri Rusiya prezidentilə telefon söhbətində Mariupolun atəşə tutulmasını sülh danışıqlarının pozulması kimi dəyərləndirib və Moskvanı, separatçılara təsir göstərməklə, eskalasiyanın qarşısını almağa səsləyib.

ATƏT-in məlumatına əsasən Mariupol şəhərinə raket atəşi Donetsk vilayətində yerləşən separatçıların mövqelərindən aparılıb. Separatçıların nümayəndələri bu ittihamları rədd edərək Kiyevi təxribatda suçlayırlar.

Bazar günü Dehli şəhərində çıxış edən ABŞ prezidenti Barack Obama hərbi qarşıdurmanın şiddətlənməsinə görə Rusiyanı qınayıb.

ABŞ tənqidini şərh edərkən Rusiyanın xarici işlər naziri deyib ki, Qərbin \”hər şeydə separatçılarla Rusiyanı suçlamaq vərdişi artıq xronik\” halına gəlib.

Sergey Lavrov deyib ki, Ukraynanın şərqində vəziyyətin kəskinləşməsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün bəhanə kimi istifadə edilə bilər.

Həftəsonu Rusiya Mariupoldakı hücumları pisləyən BMT Təhlükəsizlik Şurasının bəyanatı əleyhinə çıxış edərək sənədin qəbul olunmasını bloklaşdırıb.

İnterpress.az