Hacıqabulda 4 min tondan çox tərəvəz yığılıbbackend

Hacıqabulda 4 min tondan çox tərəvəz yığılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon Statistika İdarəsindən İnterpress.az-a bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 530 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 82 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək 422 hektar tərəvəz sahəsindən 4773 ton məhsul yığıblar.

Tədarük olunan məhsulun 1116 tonu xiyar, 1400 tonu pomidor, 2424 tonu badımcan, 70,8 tonu bibər, 69,5 tonu soğan, 58 tonu sarımsaq, 515,2 tonu isə kartofdur.

Rayonda tərəvəz yığımı davam edir.

İnterpress.az