Peşə təhsili müəssisələrinə sənəd qəbuluna 132 könüllü cəlb olunubbackend

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna 132 könüllü cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev söyləyib.

O bildirib ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu 15 “ASAN xidmət” mərkəzində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

“Sənəd qəbulu avqustun 20-dək davam edəcək. Çalışırıq ki, mərkəzlərimizdə vətəndaşlara yüksək səviyyədə xidmət göstərək. Bu günə qədər 5100-dən çox vətəndaşın müraciəti qeydə alınıb. Proses dinamik şəkildə davam edir”, – deyə Cahangir Hacıyev bildirib.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur. Boş qalan yerlərə sənəd qəbulu da elektron qaydada aparılacaq. Əlavə qəbul avqustun 26-dan başlayacaq və 5 gün davam edəcək.

İnterpress.az