Quşçuluq ferması yanıb, 4 minə yaxın quş yanaraq tələf olubbackend

Quşçuluq ferması yanıb, 4 minə yaxın quş yanaraq tələf olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə yanvarın 26-da saat 20 radələrində qeydə alınıb.

Kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alov fermanın tavanının 80 kvadratmetr hissəsini yararsız hala salıb və fermada olan 4 minə yaxın quş tələf olub.

Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarısı alınıb. Fermadan təxminən 4 min quş xilas edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

İnterpress.az