DSX-nin rəhbərliyi və şəxsi heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edibbackend

DSX-nin rəhbərliyi və şəxsi heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DSX-nin mətbuat mərkəzindən İnterpress.az-a bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibətilə avqustun 16-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Fəxri xiyabanda ulu öndər Hеydər Əliyеvin xatirəsini еhtiramla anıb, məzarı önünə gül dəstələri qоyub.

Sərhədçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.

İnterpress.az