“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilirbackend

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, üçüncü dəfə gerçəkləşdiriləcək builki düşərgə avqustun 26-dan 30-dək Gədəbəy rayonunda təşkil olunacaq.

Hərbi simulyasiya formatında həyata keçiriləcək həmin layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda, müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq. Layihəyə müraciət vaxtı avqustun 20-də yekunlaşır.

Layihəyə qoşulmağa tələsin.

Qeydiyyat üçün link: http://herbiyye2019.asanyouth.az

İnterpress.az