Cari ilin yanvar-iyun ayları ərzində ölkədə 66 min 687 körpə doğulubbackend

Cari ilin yanvar-iyun ayları ərzində ölkədə 66 min 687 körpə doğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən İnterpress.az-a bildiriblər ki, doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəmdir.

Həmçinin bu ilin yanvar-iyun aylarında ölkədə 28 min 745 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

İnterpress.az