Yaponiya ABŞ-ın dövlət istiqrazlarının əsas saxlayıcısına çevrilibbackend

Yaponiya ABŞ-ın dövlət istiqrazlarının əsas saxlayıcısına çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri ABŞ Maliyyə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaponiya 1,12 trilyon dollar dəyərində istiqrazlara sahib olub, bu isə əvvəlki ayla müqayisədə 22 milyard dollar çoxdur.

Çinin həmin göstəricisi Yaponiya ilə müqayisədə təqribən 10 milyard dollar azdır.

Qiymətli kağızlar bazarındakı mənbələrin bildirdiyinə görə, Yaponiya hökumətinin 10 illik istiqrazlarının mənfəəti iyunda mənfi olduğundan yapon investorlar ABŞ istiqrazlarına üstünlük verməyə başlayıblar.

Çində may ilə müqayisədə qiymətli kağızların miqdarı qismən artıb. Hazırda bütün diqqət Çinin bundan sonra necə hərəkət edəcəyinə yönəlib. Güman edilir ki, Çin ABŞ ilə davam edən ticari mübahisə fonunda bu ölkənin istiqrazlarının böyük əksəriyyətini satacaq.

İnterpress.az