Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Almaniyada Paşinyana qarşı etiraz aksiyası keçirildi

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətdən narazı olanlar ölkədaxili ilə bərabər, xaricdə də etirazlarını ifadə edirlər.

Dərc edilib: 17 avqust 2019 [14:57]
Baxış sayı: 4655

İnterpress.az xəbər verir ki, növbəti aksiya Ermənistanın Almaniyadaki səfirliyinin qarşısında keçirilib. Buraya toplaşan narazı kütlə “Xalqa azadlıq!”, “Məhkəmələrə sərbəstlik!” və “Paşinyan istefa!” deyə şüarlar səsləndiriblər.

Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyib ki, toplaşmaqda əsas məqsədləri Avropanın müxtəlif qurumlarını Ermənistanda insanların üzləşdikləri haqsızlıqlar və məmur özbaşınalığı ilə bağlı məlumatlandırmaqdır.

“Əgər bir ölkədə məhkəmə və hüquq sistemi sifarişlər əsasında çalışırsa, həmin ölkədə demokratiyadan və insan azadlığından danışmaq yersiz olar. Təkcə son üç ayda sifarişlər əsasında dörd hakimin sədrliyi ilə gedən məhkəmə prosesindən bir nəticə hasilə olmur. Bu amili ölkədə ancaq siyasi təqiblər və qisasalma kimi xarakterizə etmək mümkündür. Bir məhkəmə prosesinə dörd dəfə yeni hakim təyin olunursa, daha burada hansı ədalətdən danışmaq olar? Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar”, - deyə Valeri Eprikyan bildirib. (AzərTac)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179