Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı “DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb.

Dərc edilib: 17 avqust 2019 [15:05]
Baxış sayı: 4184

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə, müraciəti edən paytaxtın Yasamal rayon sakini Namiq Nəsibov “DOST” mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb.

Mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179