“Öz potensialımdan maksimum istifadə edib dünya çempionu olmaq istəyirəm” – Cəbrayıl Həsənovbackend

“Öz potensialımdan maksimum istifadə edib dünya çempionu olmaq istəyirəm” – Cəbrayıl Həsənov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlaşan güləş üzrə milli komandanın üzvü Cəbrayıl Həsənov İnterpress.az-a məxsusi müsahibəsində deyib.

Böyük idmanda karyerasını yüksək nailiyyətlərlə başa vurmaq arzusunda olduğunu vurğulayan Olimpiya Oyunlarının bürünc mükafatçısı qeyd edib: “Artıq karyeramın son illərindəyəm. Bu il növbəti dəfə Avropa çempionatının qızıl medalını qazandım. Dünya çempionatının, daha sonra Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam”.

İnterpress.az