Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

Avqustun 17-də Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatının altıncı günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Dərc edilib: 17 avqust 2019 [16:18]
Baxış sayı: 4789

İnterpress.az xəbər verir ki, güləşçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan təmsilçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan təmsilçimiz dörddəbir finala adlayıb.

Digər güləşçimiz Əsgər Əlizadə (60 kq) səkkizdəbir finalda Cənubi Koreya təmsilçisi Qunvoo Parkı mübarizədən kənarlaşdıraraq (9:0) növbəti mərhələyə keçib.

Adəm Hacızadə (67 kq) isə debütdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Fevzi Barahmanı 9:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179