Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Miqrasiya mafiyası qeyri-leqalların İspaniyaya çatdırılması üçün hidrosikllərdən istifadə edir

Son vaxtlar qeyri-leqal miqrantların Mərakeşdən İspaniyaya çatdırılmasının yeni üsulu populyarlaşır.

Dərc edilib: 17 avqust 2019 [17:24]
Baxış sayı: 5833

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya KİV-ləri hüquq mühafizə orqanlarına istinadla məlumat yayıblar.

Daşıyıcılar bunun üçün hidrosikllərdən istifadə edirlər. Belə ki, bu yolla “müştəri” cəmi üç dəqiqə sonra Seutda olur. Bu “xidmətin” qiyməti 500-1000 avro civarındadır.

İspaniya Mülki Qvardiyası ötən həftə Mərakeş vətəndaşları olan iki daşıyıcını həbs edib. Onlar qeyri-leqal miqrantları hidrosikllərdə İspaniya sahillərinə çatdırmaqla məşğul olublar. Onlardan biri yeniyetmədir. Daşıyıcılar agentləri gördükləri üçün miqrantları suya ataraq qaçıb aradan çıxmağa çalışıblar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179