Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qaxda sərbəst güləş üzrə turnirdə 164 yeniyetmə idmançı mübarizə aparır

Avqustun 17-də Qax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər və rayonlararası turnir başlanıb.

Dərc edilib: 17 avqust 2019 [19:34]
Baxış sayı: 5192

İnterpress.az xəbər verir ki, yarışda Gəncə şəhərini, Ağdam, Şəki, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarını təmsil edən 164 yeniyetmə güləşçi iki yaş qrupu üzrə 11 çəki dərəcəsində mübarizə aparır.

Turnirin açılış mərasimində Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, yarışın fəxri qonağı - “Şöhrət” ordenli, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, “London-2012” Yay Olimpiya Oyunlarında “Dünyanın ən yaxşı güləş hakimi” elan edilərək “Qızıl fit” mükafatına layiq görülən Əməkdar məşqçi Hicran Şərifov, Qax Olimpiya İdman Kompleksinin direktoru Rasim Məmmədov və başqaları çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıblar.

Yarışların baş hakimi Məmməd Qasımovdur.

Xatirə turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176