Dubayda dinozavr skeleti təxminən 4 milyon dollara hərraca çıxarılırbackend

Dubayda dinozavr skeleti təxminən 4 milyon dollara hərraca çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az yerli KİV-ə istinadla xəbər verir ki, “Emirates Auction” şirkəti tərəfindən onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 14,6 milyon dirhəmdir (3,97 milyon dollar).

Uzunlugu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.

Qeyd edək ki, dinozavrın qalıqları 2008-ci ildə Amerikanın Vayominq ştatının “Dana Quarry” ərazisində aşkar edilib. Əbu-Dabinin “Etihad Modern Art Gallery” qalereyasının təsisçisi Xalid Seddık tərəfindən əldə edilməmişdən əvvəl bu skelet ABŞ-ın Texas ştatındakı Hyustonun təbii elmlər muzeyində nümayiş olunub.

İnterpress.az