“Qanuni oğru” prokuroru çətin vəziyyətə saldıbackend

“Qanuni oğru” prokuroru çətin vəziyyətə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, namizədliyi parlamentdə müzakirə edilən İ.Coldubayevaya həbsdən azad olunan çeçen “qanuni oğru” Əziz Batukayevlə bağlı sual verilib.

Deputat Nurkamil Madaliyev “oğru”nun həbsdən qanunsuz olaraq azad edildiyini bildirərək məsələnin yenidən araşdırılmasını tələb edib: “Mən bu komissiyada təmsil olunmuşam. Hüquqşünas olmasam da hətta mənə də qanun pozuntuları aydın idi. Bu məsələyə siyasi yox, hüquqi qiymət verilməsini tələb edirəm”.
İ.Coldubayeva məsələ ilə bağlı hansısa mövqe nümayiş etdirməyib: “Hazırda heç bir şey söyləyə bilmərəm. Mən şəxsən bütün məlumatları, sənədləri öyrənəcəyəm”.

Qeyd edək ki, “qanuni oğru”nun həbsdən azad edilməsi Qırğızıstanda böyük qalmaqal yaratmışdı. 9 aprel 2013-cü ildə səhhətindəki problemləri əsas gətirən Narinski şəhər Məhkəməsi “oğru”nun vaxtından əvvəl həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Həmin gün Əziz Batkayev xüsusi reyslə vətəni Çeçenistana qayıdıb. Bir il sonra Narınski şəhər Məhkəməsi “qanuni oğru”nun azad edilməsi barədə öz qərarını ləğv edib və Əziz Batukayev barədə beynəlxalq axtarış elan olunub. 2014-cü il iyulun 30-da “oğru” Qroznıda saxlanılıb. Lakin onun Qırğızıstana təhvil verilməsi həllini tapmayıb.

İnterpress.az