“Xətai” stansiyası yaxın günlərdə açılacaqbackend

“Xətai” stansiyası yaxın günlərdə açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda stansiyada son tamamlanma işləri aparılır.

Qeyd edək ki, “Xətai” stansiyası ötən ilin sentyabr ayında təmirə bağlanıb. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Həmçinin, stansiyada digər infrastrukturun da yenilənməsi işləri həyata keçirilib.

İnterpress.az