Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaqbackend

Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Futzal Federasiyasından İnterpress.az-a bildiriblər ki, millimiz avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək. İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

İnterpress.az