Azərbaycan səfirliyinin əməkdaşları Kiyevdə Miqrasiya Xidmətinin müvəqqəti saxlanma məntəqəsində soydaşlarımızla görüşüblərbackend

Azərbaycan səfirliyinin əməkdaşları Kiyevdə Miqrasiya Xidmətinin müvəqqəti saxlanma məntəqəsində soydaşlarımızla görüşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə səfirliyin əməkdaşları həmvətənlərimzin problemləri ilə maraqlanıb, saxlanma şəraiti ilə tanış olub, onlarla hüquqi söhbət və maarifləndirmə işləri aparıblar. Bildirilib ki, xarici ölkələrə gələrkən həmin ölkənin qanunvericiliyi öyrənilməli və qanuna hörmətlə yanaşılmalıdır.

Müvəqqəti saxlanma məntəqəsinin rəhbərliyi ilə görüşdə səfirliyin müşaviri Vüsal Süleymanova, birinci katib Namiq Niftullayevə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polkovnik Şahin Qocayevə məntəqənin iş rejimi, daxili intizam qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib. (azərtac)

İnterpress.az