Azərbaycan Tibb Universitetinin rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblərbackend

Azərbaycan Tibb Universitetinin rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitetin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova imtahan verən tələbələrlə söhbət edərək onların fikirlərini öyrəniblər.

Qeyd edək ki, ATU-da yay semestri (yay məktəbi) iyulun 15-dən başlayıb və avqustun 16-da işini yekunlaşdırıb. Məktəbi bitirən tələbələr bu gün – avqustun 19-da, həmçinin 21 və 23-də imtahan verəcəklər.

Yay məktəbinin təşkilində əsas məqsəd akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.

Bu il yay məktəbi tələbələrin istəyi ilə 10-dan çox fənn üzrə keçirilib. Yay məktəbi universitetin stomatologiya fakültəsinin akademik məsləhətçisi Qələndər Aslanovun rəhbərliyi altında keçirilib.

Q.Aslanovun sözlərinə görə bir neçə saat ərzində 12 tələbə imtahan verib. Gün ərzində daha 20 tələbənin imtahandan keçəcəyi gözlənilir. Hər tələbəyə sualların cavablandırılması üçün 50 dəqiqə vaxt ayrılır. Ümumilikdə, bu il yay məktəbi üzrə 84 tələbə imtahan verəcək.

İnterpress.az