Ağdamda qəzalı vəziyyətdə olan tarixi məscid bərpa edilirbackend

Ağdamda qəzalı vəziyyətdə olan tarixi məscid bərpa edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bir əsrdən çox yaşı olan məscid binasının dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri aparılıb. Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə, həyətdə yas və ehsan mərasimləri üçün iki ədəd zal da inşa olunur. Məscidin ərazisində abadlıq işləri də aparılacaq. Təmir-bərpa və tikinti işlərinin bu il yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Xındırıstan məscidi 1907-ci ildə kənd sakini Hacı Cabbar bəy tərəfindən inşa olunub. Tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərdə Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.

İnterpress.az