Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulubbackend

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, turun sonuncu matçında \”Neftçi\” \”Sabah\”ı qəbul edib.

\”Bakcell Arena\”da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. \”Sabah\”ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. 40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb. Görüşün ikinci yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər meydanı heç-heçə ilə tərk edib. Beləliklə çempionluğa iddialı \”Neftçi\” ilk turda iki xal itirib.

İlk 3 oyunda \”Keşlə\” evdə \”Qarabağ\”a, \”Zirə\” səfərdə \”Səbail\”ə 0:1, \”Qəbələ\” öz meydanında \”Sumqayıt\”a 0:2 hesabı ilə uduzub.

İnterpress.az