Ötən həftə 11 rayonda 212 fermer təlimlərə cəlb olunubbackend

Ötən həftə 11 rayonda 212 fermer təlimlərə cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən həftə ərzində respublikanın 11 müxtəlif rayonunda 14 təlim keçirilib. Təlimlərə, ümumilikdə, 212 fermer və məhsul istehsalçısı cəlb olunub.

Təlimlər Aqrar Xidmətlər Agentliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən keçirilib.

Qeyd edək ki, fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında təşkil edilir.

İnterpress.az