Qubada dağlıq ərazidə uçuruma düşən Sumqayıt sakini xilas olunubbackend

Qubada dağlıq ərazidə uçuruma düşən Sumqayıt sakini xilas olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, avqustun 19-u saat axşam saatlarında dağa gəzməyə çıxan 38 yaşlı Sumqayıt şəhər sakini Bəhruz Fikrət oğlu İsmayılov dəniz səviyyəsindən 800 metr yüksəklikdəki ərazidə yolu azaraq uçuruma düşüb.

Çıxılmaz vəziyyətə düşən B.İsmayılov bu barədə FHN-in \”112\” qaynar telefon xəttinə məlumat verib. Dərhal FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əraziyə gələn xilasedicilər kənd bələdçisinin iştirakı ilə vətəndaşın olduğu dağa yollanıblar. Çətin relyefli dağlıq ərazidə təxminən 2 kilometr yol getdikdən sonra Bəhruz İsmayılovun köməksiz vəziyyətdə qaldığı uçurum tapılıb. Bir neçə saat sürən əməliyyatdan sonra xilasedicilər B.İsmayılovu ərazidən çıxara biliblər.

Uçurumdan çıxarılan zaman Bəhruz İsmayıov halsız vəziyyətdə olub. Kömək gələnədək özü xilas olmağa cəhd etdiyindən əsasən ayaq nahiyəsindən xəsarətlər alıb.

Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək, təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına göndəriblər.

İnterpress.az