Şirvanda 5 nömrəli tam orta məktəb üçün tikilən bina yeni dərs ilində istifadəyə veriləcəkbackend

Şirvanda 5 nömrəli tam orta məktəb üçün tikilən bina yeni dərs ilində istifadəyə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 432 şagird yerlik məktəb binasının tikintisinə ötən ilin sentyabr ayında başlanılıb. Artıq binanın daxilində işlər yekunlaşıb. Hazırda texniki avadanlıqlar quraşdırılır, məktəbin ərazisində abadlıq işləri görülür, yaşıllıqlar salınır. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, burada 18 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, yeməkxana, idman və akt zalları fəaliyyət göstərəcək.

Məktəb binasında şagirdlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılacaq. Təhsil ocağı 15 sentyabr – Bilik Günündə şagird və müəllimlərin istifadəsinə veriləcək.

İnterpress.az