Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıbbackend

Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib. Nazir bildirib ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər.

\”2019-cu ildə 1168 məzun, yaxud qəbul olanların 77 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Tələbə adını qazanan məzunlardan 199-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olublar. Bu il qəbul imtahanlarında məzunların 281-i 500-700 arası bal toplayıb ki, onların da 172-ni, yaxud 61 faizini qızlar, 109-nu, yaxud 39 faizini isə oğlanlar təşkil edir. Yüksək bal toplayan abituriyentlərin 71-i Naxçıvan şəhər, 46-sı Şərur, 36-sı Babək, 27-si Ordubad, 28-i Culfa, 10-u Kəngərli, 18-i Şahbuz, 3-ü Sədərək rayonunun, 42-si isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır\”.

R.Məmmədov qeyd edib ki, ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərib.

\”Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2018-2019-cu tədris ilində məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medallara, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, buraxılış və qəbul imtahanlarının yekun nəticələrinə əsasən 500-700 arası bal toplayıblar\”.

İnterpress.az